Menyu

Azərbaycan millisi növbəti dəfə məğlub oldu

Əziz Əzizli
Azərbaycan millisi növbəti dəfə məğlub oldu
1 dəq oxu

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

"Operativ Media" xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma 2-ci turun ikinci matçında İsveç komandası ilə üz-üzə gəlib.

Rumıniyadakı qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:0 (25:19, 25:19, 25:19).

Ötən gün Rumıniyaya (0:3) uduzan komandamız 1-ci turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya isə (1:3) məğlub olub

Əlaqəli Xəbərlər