Menyu

Azərbaycan qılıncoynadanı Olimpiya Oyunlarına lisenziya qazandı

Əziz Əzizli
Azərbaycan qılıncoynadanı Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycan qılıncoynadanı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

"Operativ Media" xəbər verir ki, idmançı bu barədə “İnstaqram” hesabında yazıb.

Sablyaçı turnirdə iştirak etmək hüququ qazandığını vurğulayıb. O, Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) universal lisenziyasını əldə edib:

“Parisə gedirəm! Buna görə çox sevinirəm. Təsnifat mərhələsindəki zədə üzündən olimpiadaya lisenziya qazana bilmədikdən sonra bu, əla xəbər oldu. Bu qərara görə, FIE təşəkkürümü bildirirəm. Avropa çempionatındakı qələbə, Dünya kuboku və qran-pridəki çıxışımı nəzərə alsaq, lisenziyaya layiqəm”.

Teqlər:

"Az\u0259rbaycan q\u0131l\u0131ncoynadan\u0131 Olimpiya Oyunlar\u0131na lisenziya qazand\u0131"

Əlaqəli Xəbərlər