Menyu

İspaniya La Liqasında mövsümün ən yaxşı oyunçusu açıqlandı

Əziz Əzizli
İspaniya La Liqasında mövsümün ən yaxşı oyunçusu açıqlandı
1 dəq oxu

“Real Madrid”in ingilis futbolçusu Jude Bellinqem İspaniya La Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.

"Operativ Media" xəbər verir ki, 2023-2024-cü il mövsümünün əvvəlində Dortmund "Borussiya"sından "Real Madrid"ə transfer olunan Jude Bellinqem göstərdiyi performansla komandasının çempionluğunda önəmli pay sahibi olub.

20 yaşlı yarımmüdafiəçi 28 matçda 19 qol vurub, 6 məhsuldar ötürmə edib. İlk mövsümündə La Liqa çempionluğu ilə yanaşı, Bellinqem İspaniya Superkubokunu da qazanıb. 20 yaşlı futbolçu şənbə günü, iyunun 1-də UEFA Çempionlar Liqasının finalında oynayacaq.

Bellinqem La Liqada "mövsümün ən yaxşı oyunçusu" mükafatına layiq görülüb. Bellinqem mükafatını komanda yoldaşlarına, məşqçi və klub heyətinə həsr etdiyini açıqlayıb.

Əlaqəli Xəbərlər