Ana səhifə / İdman / "Qalatasaray"ın futbolçusu La Liqaya gedir "Qalatasaray"ın futbolçusu La Liqaya gedir 30.05.2024, 09:10 Əziz Əzizli Türkiyə Super Liqası komandası "Qalatasaray"ın yerli futbolçusu Kerem Aktürkoğlu İspaniya La Liqasında çıxış edə bilər. "Operativ Media" "Milliyet"ə istinadən xəbər verir ki, İspaniyanın "Real Soseydad" klubu Türkiyə millisinin üzvü ilə ilkin razılıq əldə edib. "Real Soseydad" 25 yaşlı futbolçu üçün "sarı-qırmızılı" kluba "12+3" milyon avro təklif göndərib. Lakin "Qalatasaray" bonuslarla birlikdə 20 milyon avro tələb edir. Bu arada Kerem Aktürkoğlu "Qalatasaray"la müqavilə imzaladığı tarixdən etibarən bazar dəyərinin artması ilə diqqət çəkir. "Sarı-qırmızılar"a transfer olunduğu zaman bazar dəyəri 200 min avro olan Kerem Aktürkoğlu bu rəqəmi 17 milyon avroya yüksəldib. Teqlər: "\"Qalatasaray\"\u0131n futbol\u00e7usu La Liqaya gedir"