"Qalatasaray" mərakeşli futbolçunu transfer etmək istəyir
Əziz Əzizli
Yeni mövsüm çalışmalarını davam etdirən "Qalatasaray"ın əsas gündəmi mərkəz yarımmüdafiəçisi transferidir.
"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərkəz bölgəsinə ulduz futbolçu transfer etmək istəyən "sarı-qırmızılılar"ın gündəminə yenidən Sofyan Amrabat düşüb.
Ötən mövsüm müqavilə imzalamağa yaxın olan futbolçu son anda qərarını dəyişərək "Fiorentina"dan "Mançester Yunayted"ə keçib. “Fiorentina” ilə 1 illik müqaviləsi qalan 27 yaşlı futbolçunun gələcəyi hələ də bəlli deyil. İtaliya komandası hələ Amrabatın komandada qalıb-qalmaması ilə bağlı qərar verməyib.
Belə olan halda "Qalatasaray" rəhbərliyi tez hərəkətə keçmək istəyir. Mərakeşli futbolçu ilə qısa zamanda danışıqlar başlayacaq. İki klubun yaxın günlərdə Amrabatla bağlı masa arxasına oturacağı öyrənilib.
Ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində 30 matça çıxan Amrabat üçün 9 milyon avro icarə haqqı ödənilib.
Teqlər:
"\"Qalatasaray\" m\u0259rake\u015fli futbol\u00e7unu transfer etm\u0259k ist\u0259yir"