http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Energetika naziri Gürcüstan Baş naziri ilə görüşüb

08 Oktyabr 2022 , 15:56
Energetika naziri Gürcüstan Baş naziri ilə görüşüb

Gürcüstanda səfərdə olan energetika naziri Pərviz Şahbazov bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Məlumata görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında yüksək səviyyəli münasibətlər, siyasi dialoq və uğurlu enerji əməkdaşlığının mövcudluğu vurğulanıb. Qlobal enerji layihələrinin birgə həyata keçirilməsi və Gürcüstanın enerji təhlükəsizliyinə davamlı töhfələr verilməsi strateji tərəfdaşlıq münasibətlərinin göstəricisi kimi qiymətləndirilib. Enerji əməkdaşlığının ikitərəfli və çoxtərəfli formatda inkişafını təmin edəcək layihələr və yeni imkanlar dəyərləndirilib.

Baş nazir İrakli Qaribaşvili Azərbaycanı etibarlı strateji tərəfdaş və Gürcüstanın enerji təçhizatında əsas rol oynayan ölkə adlandırıb. Regionda sabitliyə və inkişafa xidmət edəcək enerji layihələri üzrə əməkdaşlığa dəstəyini ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstanla münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini deyən energetika naziri Pərviz Şahbazov enerji əməkdaşlığını dərinləşdirəcək imkanları diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Gürcüstanın enerji sistemlərinin ötürülmə imkanlarının artırılması, Azərbaycandan ixrac edilən elektrik enerjisinin Türkiyə və Avropa ölkələrinə nəqlinin təmin edilməsi ilə bağlı görülən işlər nəzərdən keçirilib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı özündə birləşdirəcək Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinin reallaşdırılmasından irəli gələn məsələlər müzakirə edilib və bu layihənin ölkələrimiz arasında münasibətlərdə yeni səhifə açacağı qeyd edilib.

Söhbət zamanı ikitərəfli münasibətlərin qarşılıqlı maraq doğuran digər istiqamətləri, eləcə də qlobal enerji bazarlarındakı vəziyyətə dair fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
MDB-də gömrük xidmətləri üçün tranzit portal yaradılacaq

MDB-də gömrük xidmətləri üçün tranzit portal yaradılacaq

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Rövşən Nəcəf “Qazprom”un İdarə Heyətinin sədri ilə görüşüb

Rövşən Nəcəf “Qazprom”un İdarə Heyətinin sədri ilə görüşüb

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Ursula Fon der Lyayen COP29-a dəvət olunub
  • Dünən
    23:27

    Haqsız reklam edənləri hansı cəzalar gözləyir?
  • Dünən
    23:21

    Ukraynanın iki bölgəsində hava hücumu xəbərdarlığı elan edilib
  • Dünən
    23:03

    İsrail HHQ Hizbullahın PUA bazasına hücum edib
  • Dünən
    22:48

    ABŞ Ukraynaya yeni hərbi yardım ayırıb
  • Dünən
    22:34

    Türkiyə prezidenti Yeni Zelandiyanın XİN rəhbərini qəbul edib
  • Dünən
    22:20

    Blinken: Çin Rusiyaya yardımı dayandırmasa, ABŞ tədbir görəcək
  • Dünən
    22:07

    Muxtar Babayev COP28-in BƏƏ prezidenti və braziliyalı nazirlə görüşüb
    Muxtar Babayev COP28-in BƏƏ prezidenti və braziliyalı nazirlə görüşüb
Menyu