Son iki gündə Quba regional qrupunda 35 yol-nəqliyyat hadisəsi baş verib

Nərmin Qocamanlı
Son iki gündə Quba regional qrupunda 35 yol-nəqliyyat hadisəsi baş verib

Son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Quba, Qusar və Xaçmazda 35 yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media" nın sorğusuna cavab olaraq bildirilib ki, Qusarda 7 (07.01.23 - 2- 08.01.23 - 5) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.

Xaçmazda 13 (07.01.23 - 4 - 08-01-23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb,  26 avtomobilə zərər dəyib."

Qubada 15 (07.01.23 - 6 - 08.01.23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb,  27 avtomobilə zərər dəyib."

Digər xəbərlər