09 Yanvar 2023, 10:28
Bakıda evdə partlayış baş verib, iki nəfər xəsarət alıb
Bakıda evdə partlayış baş verib, iki nəfər xəsarət alıb şəkil
Bakıda evdə partlayış baş verib, iki nəfər xəsarət alıb

Bakıda evdə partlayış baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, bu gün 04:00 radələrində FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində mənzillərdən birində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “fin” tipli taxta konstruksiyalardan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən birotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində birinci mərtəbədəki birotaqlı mənzil 35kv.m. və ikinci mərtəbədə yerləşən digər birotaqlı mənzil 35kv.m. sahədə yanıb, partlayış dalğasının təsirindən hər iki mənzilin divarları dağılıb və mənzillər yararsız vəziyyətə düşüb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının binada yerləşən digər mənzillərə keçməsinə imkan verilməyib. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər vətəndaş xilas olunub, iki nəfər yüngün bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Son xəbərlər
Prezident: "Biz tarixi ədaləti bərpa etməli idik"
Putin Trampla telefon danışığını bitirib - YENİLƏNİB
İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb
Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
"İçərişəhər" stansiyasında retro vaqonların nümayişinə başlanılacaq
Prezident və xanımı Ağdərənin Həsənriz kəndində Novruz tonqalını alovlandırıblar - YENİLƏNİB
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib