DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 107 nəfər saxlanılıb

Nərmin Qocamanlı
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 107 nəfər saxlanılıb

Yanvarın 7-də və 8-də ölkə ərazisində qeydə alınan 125, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 23, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 66, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 107 nəfər saxlanılıb.

Digər xəbərlər