http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Külli miqdarda narkotik vasitəni həyətində olan taxıl anbarında gizlədən Ucar rayon sakini saxlanılıb

10 Yanvar 2023 , 08:58
Külli miqdarda narkotik vasitəni həyətində olan taxıl anbarında gizlədən Ucar rayon sakini saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yuxarı Çiyni kənd sakini Anar Əliyev saxlanılıb. 


Polis əməkdaşları tərəfindən onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədə yerləşən və taxıl anbarı kimi istifadə edilən yardımçı tikilidən külli miqdarda narkotik vasitə aşkarlanıb. Belə ki, A.Əliyev tərəfindən arpa dənlərinin altında gizlədilmiş və  təmiz çəkisi 1 kiloqram 580 qrama yaxın olan 300 ədəd kibrit qutusunda və 17 ədəd kağız bükümdə qablaşdırılmış marixuana aşkar olunaraq götürülüb. 


Dindirilmə zamanı A.Əliyev həmin marixuananı ötən ilin may ayında həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarından hazırladığını bildirib.


Bundan əlavə, şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən daha bir əməliyyat tədbiri zamanı əvvəllər də narkotiklərə görə məhkum olunmuş rayon sakini Məmməd Abdullayev də saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı isə ondan iki kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb.


Hər iki faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu