Yolların buz bağlaması səbəbi ilə qəzalarda 3 nəfər ölüb
Operativ Media
Mövcud hava şəraiti ilə əlaqədar olaraq, qar yağması və buzlaşma səbəbindən Respublika yollarında ölüm və xəsarətlə nəticələnən ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən "Operativ Media"ya verilən məlumata görə, nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, təssüflər olsun ki, qeydə alınan qəzalarda 3 nəfər də həyatını itirib.
Bir daha bütün sürücülərdən xahiş edirik ki, mövcud hava və yol şəraitini düzgün qiymətləndirsinlər. Nasaz nəqliyyat vasitələri ilə ( xüsusən əyləc sistemi və şinlərə nəzarət edilsin) yola çıxmasınlar. Yollarda sürət həddini minimuma endirsinlər və zərurət olmadığı müddətcə şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net