http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Naxçıvan MR dövlət qurumları “İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi”nə inteqrasiya olunacaq

10 Yanvar 2023 , 13:04
Naxçıvan MR dövlət qurumları “İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi”nə inteqrasiya olunacaq

Naxçıvan Muxtar Respublikasının dövlət qurumları “İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi”nə inteqrasiya olunacaqdır. Bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları 05-07 yanvar 2023-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasında olublar.

"Operativ Media" xəbər verir ki, “İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi” (İESD) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanına uyğun Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin operatorluğu ilə yaradılıb.

Xidmət əməkdaşları Naxçıvan Muxtar Respublikasında olan zaman dövlət orqanlarında tətbiq olunan elektron sənəd dövriyyəsi sisteminin informasiya təhlükəsizliyinin cari vəziyyətini nəzərdən keçirilmiş, İESD və gücləndirilmiş elektron imza həllərinin Muxtar Respublikasının dövlət qurumlarında tətbiqi üçün infrastrukturu yerində qiymətləndirmişlər.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sözügedən sistemlərə məsul mühəndis-proqramçı heyətinə İESD və gücləndirilmiş elektron imza həlləri barədə məlumat verilmiş, Xidmətin operatoru olduğu həllərin təhlükəsizliyi, digər sistemlərlə inteqrasiya imkanları və təhlükəsiz istismarı mövzusunda seminar keçirilmişdir.

Hazırda “İdarələrarası Elektron Sənəd Dövriyyəsi” informasiya sisteminə ümumilikdə 145 dövlət qurumu 1226 işçi yeri ilə qoşulmuşdur. 2022-ci il ərzində İESD sistemi vasitəsi ilə dövlət qurumları 25619 sənəd göndərmiş, 25606 sənəd qəbul etmişdir.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu