Rusiya neftinə tətbiq edilən tavan Kremlə gündəlik 172 milyon dollar zərər vurur
Nərmin Qocamanlı
Helsinki Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) məlumatına görə, Qərbin Rusiya neftinə tətbiq etdiyi tavan Kremlə gündəlik 160 milyon avroya (172 milyon dollar) başa gəlir.
"Operativ Media" "Kommersant"a istinadən xəbər verir ki, fevralın 5-dən neft məhsullarına məhdudiyyətin tətbiq olunacağı halda bu rəqəm gündə 280 milyon dollara yüksələcək.
CREA-ya görə, qiymət tavanının bir barel üçün 60 dollardan 25-35 dollara endirilməsi Rusiyanın neft gəlirlərini ən azı daha 100 milyon avro azaldacaq.
Rusiyanın gəlirlərini hər gün azı 200 milyon avro aşağı salacaq.