16 Yanvar 2023, 10:32
2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi açıqlanıb

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir.
"Operativ Media" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, 2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2% artaraq 15 mlrd. 541,5 milyon manat təşkil edib. Bu dövr əzrində qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 27,9% artaraq 8 milyard. 134,9 milyon manat olub.