02 Oktyabr 2024, 10:33
ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO
ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO şəkil
ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hazırlıq planına əsasən, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, təlimin ssenarisinə uyğun olaraq, bölmələr həyəcan siqnalı ilə daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonuna çıxarılıb. İcra olunacaq fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə uyğun qəbul edilmiş qərara əsasən zabitlərin məruzələri dinlənilib.

Bölmələr marşrut üzrə müxtəlif maneələri dəf edərək atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri icra edib.

PUA bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin olunub.

Praktiki atışlar zamanı planlı və plandankənar hədəflər dəqiqliklə məhv edilib.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrini idarəetmə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən nümunəvi təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.

Son xəbərlər
MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
ADY kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 2025, 16:14
Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
"Real Betis" "Mançester Yunayted"in braziliyalısı ilə anlaşdı
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb
Qvardiola Vengerin uğurunu təkrarladı
XİN rəhbərliyi və əməkdaşları 20 Yanvar Şəhidlərinin xatirəsini anıblar