http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Priuslar niyə sığorta edilmir? - Mütəxəssisdən AÇIQLAMA

10 Oktyabr 2022 , 16:14
Priuslar niyə sığorta edilmir? - Mütəxəssisdən AÇIQLAMA

Son vaxtlar kiçik mühərrikli daha çox taksi xidməti göstərən avtomobillərin icbari sığortası ilə bağlı problemlər yaranıb.Belə ki, bəzi sığorta şirkətləri qeyri-rəsmi olaraq sözügedən avtomobillərin icbari sığortasından imtina edirlər.

 

"Operativ Media" xəbər verir ki, sığorta şirkətləri imtinaya səbəb kimi kiçik mühərrikli nəqliyyat vasitələrinin qəza riskinin çox olmasını göstərirlər.

 

Sürücülər bildirirlər ki, problem əsasən "Toyota Prius", "Azsamand", "Khazar", "Opel Astra", "Saipa" kimi avtomobillərdə yaşanır. Ən çox isə "Toyota Prius" marakalı avtomobillərin sürücüləri bu halla qarşıladıqlarını iddia edirlər.

 

Məsələ ilə bağlı açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, icbari sığorta şirkətlərinin vətəndaşa xidmətdən imtina etmək hüququ yoxdur.

 

"Bəzi sığorta şirkətlərinin avtomobilləri sığorta etməməsi qeyri-qanunidir. Yeni icbari sığorta qaydalarının tətbiq edilməsindən sonra belə halların sayı azalacaq və ümumiyyətlə olmayacaq", - deyə ekspert bildirib.

 

Mərkəzi Bankdan bildirblər ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 5.3-cü maddəsinə əsasən sığortalılar sığorta müqaviləsi bağlamaq üçün müvafiq icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdirlər.

 

Qanunun 23.3-cü maddəsinə görə sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.

 

Azərbaycan Respublikasının Mərkəzi Bankının (Mərkəzi Bank) əsas vəzifələrindən biri maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsini və onların pozulmasının qarşısının alınmasını təmin etməkdir. Bunun üçün Mərkəzi Bank hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının pozulması ilə bağlı müraciətlər üzrə araşdırmalar aparır və hüquq pozuntularına qarşı tədbirlər görür.

 

Mövcud qanunvericiliyə uyğun olaraq vətəndaşlar pozulmuş hüquqlarının müdafiəsi üçün Mərkəzi Banka yazılı və şifahi qaydada müraciət edə bilər. Mərkəzi Banka //contact.e-cbar.az/ rəsmi saytı vasitəsilə və ya Bakı şəhəri, Bülbül prospekti 27 ünvanına rəsmi qaydada məktub ünvanlamaqla yazılı qaydada müraciət etmək mümkündür.

 

Həmçinin Mərkəzi Bankın “966 qaynar xətti” iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək daxil olan zənglərin cavablandırılmasını həyata keçirir.

 

Məlumat üçün qeyd edirik ki, vətəndaşlar Mərkəzi Bankda qəbulda iştirak etmək istədikdə [email protected] “Skype” hesabı və ya (055) 966-19-66 “Whatsapp” nömrəsi vasitəsilə video görüntülü əlaqə saxlaya bilər.

 

Həmçinin Mərkəzi Bankın rəsmi internet səhifəsindəki “Elektron xidmətlər portalı” vasitəsilə və ya //randevu.e-cbar.az/home səhifəsinə keçid edərək Mərkəzi Bankın inzibati binasına gəlməzdən əvvəl qəbulda iştirak etmək istədiyi günü və vaxtı seçərək onlayn şəkildə növbə əldə edə bilər.Trend

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
  • 19:30

    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub  YENİLƏNİB
  • 19:29

    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:17

    Azərbaycan-Yaponiya ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
  • 19:14

    Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
    Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
  • 19:10

    İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
  • 19:09

    Prezident İlham Əliyev “Aghdam City Hotel”in açılışında iştirak edib - YENİLƏNİB
    Prezident İlham Əliyev “Aghdam City Hotel”in açılışında iştirak edib - YENİLƏNİB
Menyu