http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

BilBacar müsabiqəsi başlayır

04 Oktyabr 2024 , 15:50
BilBacar müsabiqəsi başlayır

Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə BilBacar müsabiqəsinə start verilir.

Bu barədə "Operativ Media"ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə respublikanın bütün ümumi təhsil müəssisələrinin VIII, IX və X sinif şagirdləri iştirak edə bilərlər. Müsabiqə çərçivəsində şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərinin təkmilləşdirilməsi və rəqəmsal platformada imtahan vermə bacarıqlarının formalaşdırılması nəzərdə tutulur.

Müsabiqənin ilk mərhələsi virtual platforma üzərindən 2024-cü ilin oktyabr ayından 2025-ci ilin may ayınadək keçiriləcək. Bu mərhələ şagirdlərin təşkilati komanda tərəfindən hər ay əvvəlcədən elan olunan günlər ərzində, məktəb binasında koordinatorun müşaiyəti ilə “Yarış” bölməsindəki sualların cavablandırması ilə həyata keçiriləcək. İkinci mərhələnin isə 2025-ci ilin iyun ayında əyani formada keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, platformada ay ərzində aktiv olan “Hazırlıq” bölməsi şagirdlərin suallarla məşq edərək “Yarış”a hazırlığını təmin edəcək. Qeyd edək ki, bu bölməyə şagirdlər istənilən məkanda və müxtəlif zamanlarda kompüter, planşet və ya telefon vasitəsilə daxil ola biləcəklər.

Hər iki bölmə üzrə (“Hazırlıq” və “Yarış”) ayrı-ayrılıqda şagirdlərə 60 sual (riyaziyyat - 20 sual, oxu – 20 sual, təbiət elmləri – 20 sual) təqdim ediləcək. Onlayn mərhələ üzrə şagirdlərə təqdim ediləcək suallar hər ay yenilənəcək.

Qeyd edək ki, BilBacar müsabiqəsinin keçirilməsində məqsəd VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqlardan istifadə etmək qabiliy

OXŞAR XƏBƏRLƏR
Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək

Muxtar Babayev Hacıqabulda vətəndaşları qəbul edib

Muxtar Babayev Hacıqabulda vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • 20:59

    Nizami rayonunda evdə yanğın olub
  • 20:29

    Azərbaycan XİN Bosniya və Herseqovinaya başsağlığı verib
    Azərbaycan XİN Bosniya və Herseqovinaya başsağlığı verib
  • 19:50

    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
  • 19:37

    SEPAH: İsrailin mümkün hücumlarına cavab olaraq neftayırma zavodlarını vuracağıq
  • 19:14

    İsveçrə Ukraynaya 6,55 milyon dollar dəyərində dağıntıların təmizlənməsi üçün avadanlıq köçürəcək
  • 18:57

    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
  • 18:53

    Azərbaycan PL: "Kəpəz" "Neftçi"ni məğlub etdi
  • 18:44

    Quterreş BRİCS-in sammitində iştirak edəcək
Menyu