Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Nərmin Qocamanlı
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, oktyabr ayının 7-də saat 17:54-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi sayda 10 020 ədəd satışı qadağan olunmuş CYTOTEKdərman vasitəsinin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma