Menyu

Restoran sektorunda rəqəmsal qəbzlərin genişmiqyaslı tətbiqinə başlanılır

Nərmin Qocamanlı
Restoran sektorunda rəqəmsal qəbzlərin genişmiqyaslı tətbiqinə başlanılır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) COP29 missiyasına uyğun olaraq “Recepta” və “Clopos” startapları ilə birlikdə restoran sektorunda rəqəmsal qəbzlərin genişmiqyaslı tətbiqi üçün strateji əməkdaşlığa başlayır.

"Operativ Media" xəbər verir ki, agentlikdən verilən məlumata görə, “Recepta” rəqəmsal qəbz texnologiyasını tətbiq edəcək və bu həlli geniş miqyasda restoranlar üçün əlçatan edəcək. “Clopos” isə qabaqcıl POS sistemləri vasitəsilə rəqəmsal qəbz həllərinin texnoloji inteqrasiyasını təmin edəcək.

Bu layihə sahibkarlar, dövlət və müştərilər üçün bir sıra üstünlükləri mümkün edir. Sahibkarlar üçün fərdiləşdirilmiş rəqəmsal çeklərlə müştəri təcrübəsinin təkmilləşdirilməsi, müştəri davranışına dair zəngin məlumatlara əlçatanlıq və hədəf yönümlü marketinq üçün imkanlar yaranır. Xarici və COP29 ziyarətçilərinə gəldikdə, rəqəmsal çekləri asanlıqla toplamaq və xərclərin geri qaytarılması üçün təqdim etmək mümkün olacaq ki, bu da səyahət təcrübəsini sadələşdirəcək. Yerli sakinlər bir neçə istehsalçı və istehlakçıdan mükafat və loyallıq proqramlarından yararlana biləcəklər. Layihənin həyata keçməsinin dövlət üçün faydasına gəlincə, kağız tullantılarının əhəmiyyətli dərəcədə azalması ilə ekoloji faydalar və data təhlilinin təkmilləşdirilməsi ilə daha mütərəqqi iqtisadi tənzimləmələrin nəzərdən keçirilməsi mümkün olacaq. Bu, həm də, ölkə olaraq Azərbaycanın dayanıqlıq və rəqəmsal innovasiya sahəsində atdığı əhəmiyyətli addımların göstəricisi olacaq.

Teqlər:

"Restoran sektorunda r\u0259q\u0259msal q\u0259bzl\u0259rin geni\u015fmiqyasl\u0131 t\u0259tbiqin\u0259 ba\u015flan\u0131l\u0131r"

Əlaqəli Xəbərlər