Menyu

Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub

Nərmin Qocamanlı
Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub

Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub.

"Operativ Media" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev AYNA-da yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə deyib.

O bildirib ki, sistem çox sadədir və bu sistemə görə, daşıyıcıya dövlət tərəfindən hər kilometr hesabına pul ödənilir: "Avropada avtobuslar brutto kontraktla işləyir. Daşıyıcı kilometr hesabı dövlətdən pulunu alır və o, saat 00:00-a qədər də xidmət göstərməyə həvəsli olur. Biz də bu sistemi təqdim edirik. Təqdim edilən sistem hökumət tərəfindən dəstəklənir".

A.Rzayevin sözlərinə görə, bu istiqamətdə müvafiq dövlət orqanları ilə görüşlər keçirilib, bütün hesablamalar təqdim edilib: “Amma bu, kifayət qədər ciddi maliyyə vəsaiti tələb edən bir məsələdir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər