http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Xınalıqda 2026-cı ilə qədər 100 evin tikintisi nəzərdə tutulub

09 Oktyabr 2024 , 17:30
Xınalıqda 2026-cı ilə qədər 100 evin tikintisi nəzərdə tutulub

“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda 2020-ci ildə 60 evdə layihələndirmə işləri aparılıb. 2021-ci ildə 16 ev, sonrakı illərdə isə 26 ev təmir-bərpa olunaraq sakinlərə təhvil verilib.

"Operativ Media" xəbər verir ki, bunu AZƏRTAC-a Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin əsaslı tikinti şöbəsinin rəisi Elşən Ağalarov deyib.

“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda son illərdə görülən işlərdən, icra olunan layihələrdən danışan şöbə rəisi bildirib ki, 2026-cı ilə qədər 100 evin tikintisi nəzərə tutulub. Bu il 15 evin layihələndirilməsini icra etmişik, tender işləri həll olunub və artıq işlərə başlanıb. Gələn il yəqin ki, inşaat işləri üçün tender məsələləri həll olunar.

Tikinti zamanı qarşılaşdıqları problemlər və Xınalıqdakı şərait, işçi qüvvəsindən danışan Elşən Ağalarov qeyd edib ki, ərazinin tikinti qaydalarını, unikallığını ancaq yerli sakinlər icra edə bilirlər. Ona görə də tam işçi qüvvəsi yerli sakinlərdir: “Ən çox problemimiz daşınma ilə bağlı qiymətin artmasıdır. Məsələn, Bakıdan aldığımız materialın Xınalığa gəlib çıxması üçün Bakı-Quba, Quba-Xınalıq, Xınalıq-Xınalıq marşrutu ilə gedəndə qiymətlər yüksəlir. Yollarda yüksəkliyə görə buraya ağır yük maşınları gələ bilmir. Maksimum səkkiz tonluq maşın gəlir, onun da qiymətini aşağı salmaq olmur. Qarşılaşdığımız digər problem hava şəraitdir. Yəni burada ən yaxşı halda maksimum beş ay işləmək olur. Məsələn, bu il iyunun 30-dək yağışlar tikintinin aparılmasına imkan verməyib. Ona görə də çətinlik oldu”.

OXŞAR XƏBƏRLƏR
“ASAN xidmət” mərkəzində fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib

“ASAN xidmət” mərkəzində fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib

Şağan qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Şağan qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Azərbaycan ADB ilə dəmiryolu və metroya göstərilə biləcək dəstək imkanlarını müzakirə edib

Azərbaycan ADB ilə dəmiryolu və metroya göstərilə biləcək dəstək imkanlarını müzakirə edib

XƏBƏR LENTİ
  • 20:18

    Ukrayna müharibəyə son qoymağı planlaşdırır
  • 19:56

    "Neftçi" kolumbiyalı hücumçu ilə yollarını ayırdı
  • 19:52

    Bayden və Netanyahu arasında telefon danışığı baş tutub - YENİLƏNİB
  • 19:51

    Aİ səfirləri Moldova müxalifətinin üzvlərinə qarşı sanksiya tətbiq edəcək
  • 19:42

    Ukrayna Xorvatiya ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb
  • 19:24

    “ASAN xidmət” mərkəzində fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib
    “ASAN xidmət” mərkəzində fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib
  • 19:16

    Şağan qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • 19:01

    Azərbaycan ADB ilə dəmiryolu və metroya göstərilə biləcək dəstək imkanlarını müzakirə edib
Menyu