Menyu

Azərbaycan ADB ilə dəmiryolu və metroya göstərilə biləcək dəstək imkanlarını müzakirə edib

Əsəd Abbaslı
Azərbaycan ADB ilə dəmiryolu və metroya göstərilə biləcək dəstək imkanlarını müzakirə edib

Azərbaycan Asiya İnkişaf Bankı (ADB) ilə nəqliyyat, xüsusilə dəmiryolu və metro sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Müzakirələr R. Nəbiyevin ADB-nin Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktorunun müavini Şiahonq Yanqla keçirdiyi görüşdə baş tutub.

"Ölkəmizdə ictimai nəqliyyatın inkişafı istiqamətində Asiya İnkişaf Bankı tərəfindən göstərilə biləcək dəstəklə bağlı fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.

Xatırladaq ki, oktyabrın 1-də ADB Azərbaycanın dəmir yolu sisteminin rəqəmsallaşdırılması layihəsinin həyata keçirilməsi üçün 47 milyon ABŞ dollarlıq kreditin ayrılmasını təsdiq edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər