Menyu

İsmayıllıda meşə massivində qanunsuz ağac kəsən 8 nəfər müəyyən olunub

Nərmin Qocamanlı
İsmayıllıda meşə massivində qanunsuz ağac kəsən 8 nəfər müəyyən olunub
1 dəq oxu

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə İvanovka və Qalacıq kəndlərindəki meşə massivlərində ağacların naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktları aşkar olunub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirilib və əməli törədən 8 nəfər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər