Ağcabədidə qanunsuz balıq ovuna qarşı tədbir keçirilib
Nərmin Qocamanlı
Ağcabədidə qanunsuz balıq ovuna qarşı tədbir keçirilib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Opeativ Media"ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Qarabağ kanalının rayon ərazisindən keçən hissəsində Y.Əhmədovun qeyri-qanuni balıq ovu ilə məşğul olduğu müəyyən edilib. Ondan 1 rezin qayıq, 2 avar, 2 tor, 1 akkumlyator və ovladığı müxtəlif növdə balıqlar aşkarlanıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net