Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 106 min şəxsə aylıq sosial ödəniş təyin olunub
Nərmin Qocamanlı
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirlərinin bir istiqaməti də onların sosial ödənişlərlə təminatıdır.
Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan dövrdə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,1 min şəxsə birdəfəlik ödəmə təyin olunub.
Postmüharibə dövründə həmin kateqoriyalara aid şəxslərə ödənilən müavinət və təqaüdlərin məbləği orta hesabla 2 dəfəyədək artırılıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma