Menyu

Vüqar Kərimov: 142 mineral xammal yatağında işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib

Nərmin Qocamanlı
Vüqar Kərimov: 142 mineral xammal yatağında işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib

“Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin və “Ağıllı Tinglik Təsərrüfati”nın yaradılması, meşə sahələrinin bərpası, eyni zamanda, fauna növlərinin reintroduksiyası tədbirləri davamlı şəkildə həyata keçirilir.

"Operativ Media" xəbər verir ki, bu sözləri Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun Laçında keçirilən iclasında İşçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov söyləyib.

O bildirib ki, ümumilikdə, 142 mineral xammal yatağında monitorinq təftiş işləri aparılıb və işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib. Həmçinin yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi layihələri üzrə 170-dən artıq məntəqədə yoxlama-təftiş işləri yerinə yetirilib.

“Bəsitçay Dövlət Təbiət Qoruğunun ve Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpası çərçivəsində ərazi xəritələri Nazirlər Kabineti tərəfindən təsdiq olunub və hazırda Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsinin, həmçinin Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitar mühafizə zonasının xəritə layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir”, - deyə V.Kərimov əlavə edib.

Teqlər:

"V\u00fcqar K\u0259rimov: 142 mineral xammal yata\u011f\u0131nda i\u015f\u011fal d\u00f6vr\u00fcnd\u0259 istismar edilmi\u015f h\u0259cml\u0259r m\u00fc\u0259yy\u0259nl\u0259\u015fdirilib"

Əlaqəli Xəbərlər