Menyu

DİN: Sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarılıb

Nərmin Qocamanlı
DİN: Sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarılıb

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə əməliyyatlar davam etdirilib.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, nəticədə narkoşəbəkənin daha 20 üzvü saxlanılıb. Onların sırasında narkotiklərin əsas tədarükçülərindən olan şəxslər də var. Əməliyyatlarla  146 kiloqramdan çox heroin, tiryək, metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 25 min 556 ədəd psixotrop tərkibli metadon həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları aşkar olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Teqlər:

"D\u0130N: Sentyabr ay\u0131 \u0259rzind\u0259 146 kiloqram narkotik vasit\u0259ni d\u00f6vriyy\u0259d\u0259n \u00e7\u0131xar\u0131l\u0131b"

Əlaqəli Xəbərlər