Menyu

Şabranda şagirdlər Rayon Polis Şöbəsinin əməkdaşların xidmətləri ilə tanış olublar

Nərmin Qocamanlı
Şabranda şagirdlər Rayon Polis Şöbəsinin əməkdaşların xidmətləri ilə tanış olublar

Şabranda yuxarı sinif şagirdləri Rayon Polis Şöbəsinə qonaq gələrək əməkdaşların xidmətləri ilə yaxından tanış olublar.

"Operativ Media" xəbər verir ki, görüşün əvvəlində inzibati binanın sıra meydanında məktəblilərə polis şöbəsinin müxtəlif xidmətlərinə təhkim olunmuş xidməti avtomobillər, xüsusi texniki vasitələr və avadanlıqlar nümayiş etdirilib. Qonaqlara geniş məlumatlar verilib, xidməti ərazidə ictimai təhlükəsizliyin və ictimai-asayişin təmin olunması barədə görülən işlərdən danışılıb.

Daha sonra şöbənin inzibati binasında davam edən tədbirdə məktəblilər konfrans zalı, dərs və xidməti otaqlarla tanış olublar, növbətçi hissənin iş prosesini izləyiblər. İzah olunub ki, burada polis tərəfindən edilən müraciətlərə təxirəsalınmaz və operativ şəkildə yanaşılır, onlara baxılması üçün lazımi tədbirlər görülür.
Həmçinin Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verilib, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışılıb.

Bu tanışlıq məktəblilər tərəfindən böyük maraqla qarşılanıb və onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər