Menyu

Xüsusi təyinatlı maşınlar icarəyə verən şirkət cərimələnib

Nərmin Qocamanlı
Xüsusi təyinatlı maşınlar icarəyə verən şirkət cərimələnib

“Alfalog” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması, on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, sözügedən gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər altı yüz 600 məbləğində cərimə edilir

Qeyd edək ki, "Alfalog" MMC 2019-cu ildən xüsusi təyinatlı maşınların, nəqliyyat vasitələrinin və avadanlıqların tədarükü, icarəsi və istismarı ilə məşğuldur.

Teqlər:

"X\u00fcsusi t\u0259yinatl\u0131 ma\u015f\u0131nlar icar\u0259y\u0259 ver\u0259n \u015firk\u0259t c\u0259rim\u0259l\u0259nib"

Əlaqəli Xəbərlər