http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Muxtar Babayev: Mitiqasiya və uyğunlaşma maliyyəsinin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmalıyıq

11 Oktyabr 2024 , 11:48
Muxtar Babayev: Mitiqasiya və uyğunlaşma maliyyəsinin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmalıyıq

“Biz bütün mənbələrdən iqlim maliyyələşdirməsini genişləndirmək üçün implementasiya vasitələrini işə salmalıyıq. Həmçinin mitiqasiya və uyğunlaşma maliyyəsinin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmalıyıq. Danışıqlarda əsas prioritetimiz iqlim probleminin miqyasına və aktuallığına cavab verən ədalətli və iddialı İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədidir (NCQG). Biz həmçinin Yaşıl İqlim Fonduna və Adaptasiya Fonduna töhfələrin artırılmasına çağırışlar etməyə davam edirik. Lakin biz başa düşürük ki, uyğunlaşmanın bütün maliyyəsi dövlət sektorundan gələ bilməz. Hazırda uyğunlaşmanın maliyyələşdirilməsinin yalnız 2 faizi özəl sektordan gəlir”.

"Operativ Media" xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Pre-COP29 çərçivəsində keçirilən iqlim və inkişafa dair nazirlər səviyyəsində iclasda deyib.

“Biz özəl maliyyə institutlarını adaptasiyaya investisiyalarını genişləndirməyə çağırırıq. Həmçinin adaptasiya maliyyəsinin əlçatanlığını da artırmalıyıq. Çoxtərəfli İnkişaf bankları və Beynəlxalq Maliyyə institutları özəl sektor investisiyalarının cəlb edilməsində katalitik rol oynamalıdırlar. Beləliklə, biz iqlim maliyyəsinin miqyasını, effektivliyini və ona asan çıxışı artırmaq üçün bu təşkilatlarla işləyirik. Bununla yanaşı, Yaşıl İqlim Fondu və Adaptasiya Fondu ilə uyğunlaşma maliyyəsi üçün funksionallığı təkmilləşdirmək üçün işləyirik.

Nəhayət, İtki və Zərərə cavab verən Fondun yaradılması və fəaliyyət göstərməsi istiqamətində qəti addımlar atdıq. Biz indi COP29-da vədləri hiss olunan töhfələrə çevirmək üçün fond və donorlarla işləyirik”, - deyə nazir bildirib.

OXŞAR XƏBƏRLƏR
Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq

Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq

Azad edilən ərazilərdə yaradılacaq bələdiyyələrin sayı açıqlanıb

Azad edilən ərazilərdə yaradılacaq bələdiyyələrin sayı açıqlanıb

İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadi Şuranın növbəti iclası keçirilib

XƏBƏR LENTİ
  • 14:09

    Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib
  • 14:04

    Muxtar Babayev Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb
  • 13:52

    Abdullah Avcı "Neftçi"nin təklifini geri çevirib
  • 13:46

    Muxtar Babayev Sudanın su ehtiyatları və suvarma naziri ilə COP29-u müzakirə edib
  • 13:42

    Putin Kazanda Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş keçirəcək
  • 13:29

    Putin İran prezidenti Pezeşkianla görüşüb
  • 13:19

    "Nobel" Sülh mükafatının laureatı məlum olub
  • 13:16

    Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq
    Yalçın Rəfiyev: COP29-da 60 qərarın qəbulu gözlənilir, iqlim maliyyəsi əsas qərarlardan biri olacaq
Menyu