http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

ADNSU dünyanın ən yaxşı 150 universiteti siyahısına daxil olub

11 Oktyabr 2024 , 17:33
ADNSU dünyanın ən yaxşı 150 universiteti siyahısına daxil olub

Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 3-ə çatıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “Neft və qaz sahəsində mühəndislik ixtisasları” üzrə dünyanın ən yaxşı 150 universiteti siyahısına daxil olunub. Sözügedən siyahını dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” bu gün dərc edib. İştirakçı universitetlərin yenilənmiş fənn reytinqi siyahısında ADNSU 101-150 aralığında yer alır.

Beləliklə, “QS 2024 sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda Azərbaycan 4 istiqamət üzrə 3 ali təhsil müəssisəsi ilə təmsil olunur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən başqa, bu reytinqlərə Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də daxildir.

Qeyd edək ki, QS dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərini hazırlayarkən 5 əsas göstəricidən istifadə edir: akademik reputasiya, işəgötürənlər arasında reputasiya, bir nəşrə görə sitatların sayı, “Hirsch” indeksi və beynəlxalq elmi əməkdaşlıq indeksi. Bu reytinqlər 95 ölkə və ərazidə 1500 universitetdə təhsil alan tələbələr üçün 16400-dən çox təhsil proqramını müqayisə edən müstəqil analizi təqdim edir. Reytinq 55 fənn və 5 geniş fənn kateqoriyası üzrə ölçülüb.

Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərinin metodologiyası haqqında ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz: https://www.TopUniversities.com/subject-rankings/methodology

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qış otlaqlarının su təminatı 100 %-ə çatdırılacaq

Azərbaycanda qış otlaqlarının su təminatı 100 %-ə çatdırılacaq

HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO

HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO

Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb

Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb

XƏBƏR LENTİ
  • 20:03

    Azərbaycanda qış otlaqlarının su təminatı 100 %-ə çatdırılacaq
  • 20:00

    UEFA Millətlər Liqası: Azərbaycan Estoniya millisinə qarşı - YENİLƏNİR
    UEFA Millətlər Liqası: Azərbaycan Estoniya millisinə qarşı - YENİLƏNİR
  • 19:51

    Rusiya qüvvələri Kursk vilayətində 15 yaşayış məntəqəsini azad edib
  • 19:45

    Zelenski Şoltsla görüşüb
  • 19:34

    İsrail Livandan raket atəşinə tutulub
  • 19:26

    İlham Əliyev tunisli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib
    İlham Əliyev tunisli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib
  • 19:20

    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
  • 19:16

    Mayk Conson Kiyevə əlavə yardımı dəstəkləməyəcəyini bildirib
Menyu