http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

11 Oktyabr 2024 , 17:37
Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatlarına Binəqədi rayon məhkəməsində baxılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, istintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 14 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.

Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

OXŞAR XƏBƏRLƏR
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya millisinə qarşı - YENİLƏNİR

UEFA Millətlər Liqası: Azərbaycan Estoniya millisinə qarşı - YENİLƏNİR

İlham Əliyev tunisli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib

İlham Əliyev tunisli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib

HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO

HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO

XƏBƏR LENTİ
  • 20:03

    Azərbaycanda qış otlaqlarının su təminatı 100 %-ə çatdırılacaq
  • 20:00

    UEFA Millətlər Liqası: Azərbaycan Estoniya millisinə qarşı - YENİLƏNİR
    UEFA Millətlər Liqası: Azərbaycan Estoniya millisinə qarşı - YENİLƏNİR
  • 19:51

    Rusiya qüvvələri Kursk vilayətində 15 yaşayış məntəqəsini azad edib
  • 19:45

    Zelenski Şoltsla görüşüb
  • 19:34

    İsrail Livandan raket atəşinə tutulub
  • 19:26

    İlham Əliyev tunisli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib
    İlham Əliyev tunisli həmkarını prezident seçilməsi münasibətilə təbrik edib
  • 19:20

    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
    HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib - VİDEO
  • 19:16

    Mayk Conson Kiyevə əlavə yardımı dəstəkləməyəcəyini bildirib
Menyu