http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən ediləcəyi tarix açıqlanıb

11 Oktyabr 2024 , 20:59
Yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən ediləcəyi tarix açıqlanıb

Azərbaycanda 2027-ci ilin sonuna qədər yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən edilməsi planlaşdırılır.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.

Bununla bağlı kompleks hidroloji və hidrogeoloji tədqiqatların aparılması, hidroloji, hidrogeoloji və meteoroloji monitorinq məntəqələrinin genişləndirilməsi və yenilənməsi nəzərdə tutulur.

Bildirilir ki, bu tədqiqatların nəticələri əsasında müvafiq layihə sənədləri hazırlanacaq və monitorinq məntəqələrinin sayı artırılaraq məlumatlar Elektron Su Təsərrüfatı və İnformasiya Sistemə (ESTİS) inteqrasiya ediləcək.

Azərbaycanda bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı, 4,6 milyard kubmetri yerli çay axınları və 13,2 milyard kubmetri transsərhəd yerüstü sulardan ibarətdir.

Bərpa olunan şirin su ehtiyatlarının 17,8 milyard kubmetri (67,9 %-i) yerüstü sulardan formalaşır. Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə Azərbaycanın su ehtiyatları məhduddur və bütün regionun su ehtiyatlarının təxminən 15 %-ni təşkil edir. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir.

OXŞAR XƏBƏRLƏR
Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb

Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb

Xocavəndin hərbi komissarı həbs edilib

Xocavəndin hərbi komissarı həbs edilib

Azərbaycanda qış otlaqlarının su təminatı 100 %-ə çatdırılacaq

Azərbaycanda qış otlaqlarının su təminatı 100 %-ə çatdırılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:41

    Zelenski Almaniyanın Prezidenti ilə görüşüb
  • Dünən
    23:33

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların iki bazasına zərbələr endirib
  • Dünən
    23:16

    “Milton” qasırğası nəticəsində ölənlərin sayı artıb
  • Dünən
    22:59

    Rusiya FHN Ukraynaya məxsus PUA-nın hücumuna məruz qalıb
  • Dünən
    22:47

    Fernandu Santuş: "İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı"
  • Dünən
    22:39

    BMT: İsrailin hücumları bütün beynəlxalq hüquqa əsaslanan nizama təsir edir
  • Dünən
    22:18

    Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb
  • Dünən
    22:07

    Ukrayna Silahlı Qüvvələrinin Şebekin məntəqəsini atəşə tutması zamanı 9 nəfər yaralanıb
Menyu