Menyu

“Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib

Nərmin Qocamanlı
“Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib
1 dəq oxu

“Yüksəliş” müsabiqəsinin qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçiblər.

Müsabiqənin işçi qrupundan "Operativ Media"ya bildirilib ki, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz İsmayılova tələbələrə şəxsi və ünsiyyət bacarıqları, strateji baxış, müstəqil özünüifadə üsulları və digər həyati bacarıqların inkişaf etdirilməsi barədə məlumat və tövsiyələr verib.

Təlimdə çıxış edən birinci “Yüksəliş” müsabiqəsinin qalibi Ruslan Mirzəliyev isə tələbələri şəxsi inkişaf sahəsində əhəmiyyətli addımlar atmaq barədə məlumatlandırıb.

Sonda qaliblər tələbələrin suallarını ətraflı şəkildə cavablandırıb, mövzular ətrafında müzakirə aparıblar.

Fotogalereya

Əlaqəli Xəbərlər