http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Bakıdan Laçına ilk müntəzəm avtobus reysi yola düşüb

13 Oktyabr 2024 , 10:59
Bakıdan Laçına ilk müntəzəm avtobus reysi yola düşüb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən Bakı-Laçın müntəzəm avtobus reysinin ilk sərnişinləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb.

"Operativ Media" xəbər verir ki, Bakıdan Laçına reyslər hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,20 manat təşkil edir.

Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək mümkündür.

Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində istifadəyə verilən müntəzəm avtobus reyslərinin təşkilində məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunmasıdır.

OXŞAR XƏBƏRLƏR
Qərbi Azərbaycan İcması bəyanat yayıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

Bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

Bakı Təşəbbüs Qrupu Niderlan Parlamentinə cavab verib

Bakı Təşəbbüs Qrupu Niderlan Parlamentinə cavab verib

XƏBƏR LENTİ
  • 13:40

    Cənubi Koreya: Şimali Koreya vətəndaşlarımızın təhlükəsizliyinə zərər vurarsa rejiminin sonuncu günü olacaq
  • 13:21

    Tibbi-meteoroloji proqnoz açıqlanıb
  • 13:15

    ADY rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
  • 13:01

    Nazirlik sürücülərə xəbərdarlıq edib
  • 12:52

    Qərbi Azərbaycan İcması bəyanat yayıb
    Qərbi Azərbaycan İcması bəyanat yayıb
  • 12:45

    Bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
  • 12:38

    Bakı Təşəbbüs Qrupu Niderlan Parlamentinə cavab verib
    Bakı Təşəbbüs Qrupu Niderlan Parlamentinə cavab verib
  • 12:18

    Hacıqabulda subasmaya məruz qalan 12 nəfər təxliyə olunub - VİDEO
    Hacıqabulda subasmaya məruz qalan 12 nəfər təxliyə olunub - VİDEO
Menyu