Menyu

Azərbaycan və İran Şərqi Zəngəzur və Naxçıvan arasında birbaşa quru əlaqəsi təmin edəcək dəmir yolu xəttinin inşasını müzakirə edib

Nərmin Qocamanlı
Azərbaycan və İran Şərqi Zəngəzur və Naxçıvan arasında birbaşa quru əlaqəsi təmin edəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
1 dəq oxu

Azərbaycan və İran arasında Şərqi Zəngəzur və Naxçıvan arasında birbaşa quru əlaqəsi təmin edəcək dəmir yolu xəttinin inşasını müzakirə edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov "X"də paylaşım edib.

"İran İslam Respublikasına rəsmi səfər çərçivəsində bu ölkənin dəmir yolu administrasiyasının rəhbəri cənab Cabbar Əli Zakeri Sardrudi ilə görüşdük. Müzakirələrimizin mövzusu İran ərazisindən keçməklə Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsi təmin edəcək dəmir yolu xəttinin inşası və Şimal-Cənub dəhlizi üzrə əməkdaşlığın gücləndirilməsi oldu. ADY-nin hər iki marşrutun inkişafı ilə bağlı atdığı addımları və gələcək planlarını nəzərə çatdırdıq", - sədr qeyd edib.

Fotogalereya

Əlaqəli Xəbərlər