Qulaqlıqlar artıq yalnız musiqi dinləmək üçün deyil, gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib.
“Operativ Media” son dönəmlərin ən papulyar qulaqlığı olan "Samsung Galaxy Buds 3 Pro" ilə "Apple AirPods"un oxşar və fərqli cəhətlərini araşdırıb.
Samsung Galaxy Buds 3 Pro fərqli xüsusiyyətləri:
Samsung Galaxy Buds 3 Pro qiyməti 389 AZN-dir. Qabı dizaynı şəffaf örtüyə və incə xətli formaya malikdir. Galaxy Buds 3 Pro daha rahat istifadə və səsin optimallaşdırılması üçün kiçik maili başlıqlarla təchiz olunub. Bu qulaqlıq telefonunuz cibinizdə olarkən də istifadə etmək mümkündür. Qulaqlığın səsini tənzimləmək üçün barmağınızı yuxarıya və aşağıya doğru sürüşdürmək kifayət edir.
Süni intellekt
Bu qulaqlığın əsas xüsusiyyəti süni intellektdir. Süni intellektin köməyilə səs istifadə edən şəxsin qulağına uyğun olaraq idarə edilir. Galaxy Buds 3 Pro, zəngli saatlar və siqnallar istisna olmaqla, lazımsız kənar səsləri blok etmək özəlliyi var. Təcili tibbi yardım kimi avtomobillərin siqnal səsi eşidildikdə qulaqlıq səsi azaldır. Bununla da baş verə biləcək qəzanın qarşısı alınmış olur.
Tərcümə funksiyası
Qulaqlığın tərcümə etmək funsiyası mövcuddur. Xarici vətəndaşla danışmaq istəyən şəxs bu qulaqlığdan rahatlıqla istifadə edə bilər. Qarşı tərəf danışdıqca telefon bu səsi tərcümə edir. Və tərcümə birbaşa olaraq qulaqlığda səsləndirilir. Siz danışdıqdan sonra isə, telefonun ekranında qarşıdakı şəxsin anlayacağı dildə tərcümə göstərilir. Amma bu funksiya sadəcə dəstəklənən cihazlarda tətbiq edilir. Eyni zamanda funksiya hələki bütün dillər üzrə istifadəyə verilməyib.
Səsi əlavə qulaqlığa ötürmək
Samsung Galaxy Buds 3 Pro ilə səsi digər bir qulaqlığa yönləndirmək mümkündür. Telefonda video izləyərkən (mahnı dinlərkən), yanınızdakı şəxsin qulaqlığında da bu səsi açmaq mümkündür. Bunun üçün digər qulaqlıq da bu xüsusiyyəti dəstəkləməli və yaxud eyni marka olmalıdır.
Telefona toxunmadan idarə etmə
Bu qulaqlıq telefona toxunmadan, audio tənzimləmələri idarə etmək imkanı yaradır. Bunun üçün sadəcə əmr vermək kifayətdir. Məsələn, "növbəti mahnı" və ya "səsi artır" söyləmək. Qulaqlıq həmin əmrləri yerinə yetirəcək. Amma bu əmrlər məhduddur və yalnız Koreya və ingilis dillərində verilə bilər. Gələcəkdə əlavə dil paketlərinin dəstəklənnəsi də nəzərdə tutula bilər.
Qulaqlıq suya davamlıdır
Qulaqlıqlar suya davamlıdır. Amma qulaqlıq qabı suya davamlı deyil. Çimərlikdə və yaxud hovuzda istifadəsi tövsiyə edilmir. Enerjidoldurma qabı sukeçirməz materialdan deyil. Qulaqlıqlar zədələndiyi halda, onların sukeçirməz olmasına dair zəmanət verimir. Qulaqlıqlarınız və ya əlləriniz yaşdırsa, istifadə etməzdən və ya enerjidoldurma qabına yerləşdirməzdən öncə, onları yaxşıca qurutmaq lazımdır. Onları, qurutmadan, enerjidoldurma qabına yerləşdirdiyiniz halda, qulaqlıqlar zədələnə bilər.
Enerji saxlama qabiliyyəti
Əgər "lazımsız səs-küyü müəyyən etmək" xüsusiyyəti aktiv deyilsə, qulaqlıq 7 saat 30 dəqiqə işləyə bilir. Əgər bu rejim açıqdırsa, 6 saat 26 dəqiqə kəsintisin musiqi dinləmək imkanı var. Qulaqlıqlar və onların qabı, tam enerji yığdıqdan sonra 30 saatadək işlək qalır.
Apple AirPods 4 fərqli xüsusiyyətləri
Apple AirPods 4 qulaqlığının qiyməti 499 manatdır. Bu qulaqlığı telefona qoşmaq olduqca sadədir. Başlıqları silikondan deyil. Digər mahnıya keçid etmək üçün 2, mahnıyı əvvələ qaytarmaq üçün 3, zəngi sonlandırmaq üçün 2 dəfə qulaqlığa toxunmaq kifayətdir.
Səs ucaldıcı
Bu qulaqlığın fərqli xüsusiyyətlərindən biri səs ucaldıcısının olmasıdr. Qulaqlıq itdiyi zaman telefondakı tətbiq ilə onu asanlıqla tapmaq mümkündür. Bunun üçün tətbiqdə axtarmaq özəlliyinə klikləmək lazımdır. Bu zaman qulaqclqdan "mən burdayam" deyə səs eşidilir. Bununlada asanlıqla qulaqlığı tapmaq mümkün olur.
"Adaptiv" rejim
Bu rejim başqa bir şəxslə danışıldığı zaman mahnı səsini avtomatik azaldır. Misal üçün satıcı ilə danışmağa başladığınız zaman səs azalır. Və siz qulaqlığı çıxartmadan qarşı tərəfi dinləyə bilirsiniz. Bu rejimi tətbiqlə açıb-qapadmaq mümkündür.
Başınızla zəngi cavablamaq imkanı
Telefon zəng çaldığı zaman əgər əlləriniz doludursa, sadəcə başınızı sallamaqla zəngi cavablaya (aşağı-yuxarı) və ya rədd edə (sağa-sola) bilərsiniz.
Səs göndərərkən ətrafda olan digər səslər ləğv edilir
Apple AirPods 4 qulaqlığından səs göndərildikdə, ətrafdan olan digər səslər silinir. Səs-küy olan yerdə səsli mesaj göndərdikdə, qulaqlıq ancaq sizin səsinizi qarşı tərəfə göndərir. Ətrafda olan siqnal, külək və kənar səslər ləğv edilir.
Enerji saxlama qabiliyyəti
Bu qulaqlığı tam enerji yığdıqdan sonra 30 saatadək istifadə etmək mümkündür. Əgər lazımsız səs-küyü müəyyən etmək xüsusiyyəti aktivdirsə, bu müddət 20 saata enir.
AirPods Pro 2 xüsusiyyətlərinə də nəzər salaq.
Bu qulaqlığın qiyməti 699 AZN-dir. Qulaqlıqların uc hissələri AirPods 4-dən fərqli olaraq silikonludur. Bu qulaqlığı izləmə cihazı kimi istifadə etmək olur. Əgər bu qulaqlığı başqa şəxsə versəniz, mobil tətbiq vasitəsi ilə onun harada olduğunu görə bilərsiniz. Bu xüsusiyyət yalnız AirPods Pro 2 qulaqlıqlarında mövcuddur. Qulaqlığın digər xüsusiyyətləri isə Apple AirPods 4 demək olar ki eynidir.
Samsung Galaxy Buds 3 Pro və Apple AirPods 4 ortaq xüsusiyyətləri:
Hər iki qulaqlıq qabının USB-C və simsiz enerjidoldurma funksiyası var;
Hər iki qulaqlığa toxunaraq mahnını dayandırmaq başlatmaq olur;
Həm Samsung Galaxy Buds 3 Pro, həm də Apple AirPods 4 qulaqlığı ətrafda olan lazımsız səs-küyü müəyyən edir və aradan qaldırır;
Hər iki qulaqcıq eyni anda birdən çox cihazla əlaqələndirmək mümkündür. Yəni Samsung (Apple) planşeti ilə mahnı dinlərkən, əgər telefonunuza (samsung və ya Apple) zəng gəlirsə qulaqlıqla zəngi cavablamaq mümkündür. Bu zaman mahnı avtomatik dayanır. Və zəng qulaqlığa yönləndirilir.
Gülcahan Məmmədova