"Operativ Media" xəbər verir ki, İtaliyanın “Milan” klubu Slovakiyada “Slovan”ın qonağı olacaq. Madrid “Atletiko”su isə Çexiyada “Sparta” ilə üz-üzə gələcək.
“Barselona” bu turda “Brest”lə, “Mançester Siti” isə “Feyenoord”la qarşılaşacaq. Günün mərkəzi oyununda “Bavariya” Fransa PSJ-sini qəbul edəcək.