Menyu

Putin-Tokayev görüşünün detalları açıqlanıb

Əsəd Abbaslı
Putin-Tokayev görüşünün detalları açıqlanıb

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

O qeyd edib ki, Putinin Qazaxıstana gözlənilən səfərinin özü ikitərəfli əlaqələrin inkişafının uğurunu göstərir.

Qeyd edək ki, noyabrın 27-28-də Putin Qazaxıstana səfər edəcək. Birinci gün Rusiya Federasiyası və Qazaxıstan prezidentləri danışıqlar aparacaq, həmçinin videobağlantı vasitəsilə Omsk şəhərində Qazaxıstan Universitetinin filialının açılışında iştirak edəcəklər.

Ertəsi gün, noyabrın 28-də Putin KTMT sammitində iştirak edəcək. Ölkələrin nümayəndə heyətləri regional və beynəlxalq təhlükəsizliyin aktual məsələlərini müzakirə edəcəklər. İclasın yekunu üzrə bir sıra sənədlər qəbul olunacaq.

Teqlər:

"Putin-Tokayev g\u00f6r\u00fc\u015f\u00fcn\u00fcn detallar\u0131 a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər