Ötən il daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitlərdə 13,8% artım olub
Nərmin Qocamanlı
2022-ci il ərzində daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitlərdə artım 2021-ci illə müqayisədə 13,8% təşkil edib.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.
O həmçinin bildirib ki, dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlər 17,0%, qeyri-dövlət mülkiyyətində olan təşkilatlar (ABƏŞ istisna olmaqla) tərəfindən əsas kapitala yönəldilmiş investisiyalar 6,3% artıb. Tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlərdə isə 16,7% artım qeydə alınıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma