Menyu

Qazaxıstan prezidenti BMT-də islahata ehtiyacı olduğunu bildirib

Əsəd Abbaslı
Qazaxıstan prezidenti BMT-də islahata ehtiyacı olduğunu bildirib

"Operativ Media" xəbər verir ki, Tokayev bu fikirləri Qətərin paytaxtı Dohada keçirilən Doha Forumunda moderatorun suallarını cavablandırarkən bildirib.

O vurğulayıb ki, “BMT universal bir təşkilat kimi bəşəriyyət üçün tamamilə zəruridir. Lakin təəssüf ki, böyük güclər qlobal dünyanı daha təhlükəsiz edə bilmədilər. İndiki reallıqlar isə bir çox ölkələri, o cümlədən Qazaxıstanı çox narahat edir. Ona görə də BMT-də islahatlar aparılmalıdır.”

Tokayev həmçinin qeyd edib ki, böyük dövlətlər arasında körpülərin qurulması vacibdir. Bu körpülərin olmaması BMT Təhlükəsizlik Şurasını çıxılmaz vəziyyətə salıb:

“Qazaxıstan da daxil olmaqla, orta dövlətlər həm regional, həm də qlobal səviyyədə sülh və təhlükəsizliyin təşviqində çox mühüm rol oynaya bilər.”

Teqlər:

"Qazax\u0131stan prezidenti BMT-d\u0259 islahata ehtiyac\u0131 oldu\u011funu bildirib"

Əlaqəli Xəbərlər