Menyu

"Araz-Naxçıvan" tarixində bir ilkə imza atdı

Əziz Əzizli
"Araz-Naxçıvan" tarixində bir ilkə imza atdı

"Operativ Media" xəbər verir ki, “Araz-Naxçıvan” “Səbail” üzərində 2:0 hesablı qələbə ilə xallarının sayını 39-a çatdırıb. Bununla da Elmar Baxşıyevin yetirmələri 1-ci pilləyə yüksəliblər. Bir xal geri qalan “Qarabağ”ın ehtiyatda bir oyunu qalsa da, Naxçıvan təmsilçisi turu zirvədə bitirib.

Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. “Araz-Naxçıvan” bunadək heç vaxt turu 1-ci yerdə bitirməyib.

Qeyd edək ki, Naxçıvan klubu Premyer Liqada 4-cü mövsümünü keçirir. Daha bir dəfə isə komanda yarışı başa vurmayıb.

Teqlər:

"\"Araz-Nax\u00e7\u0131van\" tarixind\u0259 bir ilk\u0259 imza atd\u0131"

Əlaqəli Xəbərlər