Menyu

Mikayıl Cabbarov macarıstanlı həmkarı ilə görüşüb

Nərmin Qocamanlı
Mikayıl Cabbarov macarıstanlı həmkarı ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviterdə paylaşım edib

"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimiz arasında ikitərəfli münasibətlərə töhfə verən təşəbbüslərin əhəmiyyətini vurğuladıq. İqtisadi-ticarət əlaqələrinin təşviqi,  Macarıstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı və ölkəmizin tranzit potensialından istifadə imkanları barədə müzakirə apardıq", - deyə nazir qeyd edib.

Qeyd edək ki, görüş Mikayıl Cabbarovun Budapeştə səfəri çərçivəsində baş tutub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər