http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri məhsul ixracına başlayıb

26 Yanvar 2023 , 10:51
Sumqayıt Kimya Sənaye Parkının rezidentləri məhsul ixracına başlayıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “Azərsulfat” MMC və “Glassica” QSC tərəfindən istehsal olunan məhsulların ixracına başlanılıb. Bununla əlaqədar yanvarın 26-da bu müəssisələrə mediatur təşkil edilib. "Operativ Media" xəbər verir ki, media nümayəndələri “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, Sənaye Parkının 1,5 hektar ərazisində inşa edilmiş müəssisədə kontakt üsulu ilə 93 və 98%-li sulfat turşusu istehsal edilir. Müəssisənin illik istehsal gücü 20 min tondur ki, bunun 10 min tonunun daxili bazarda satışı, 10 min tonunun isə ixrac edilməsi planlaşdırılır. Hazırda Gürcüstana sulfat turşusu məhsulunun ixrac edilməsinə dair müqavilə imzalanıb və yaxın günlərdə bu ölkəyə sulfat turşusu məhsulunun göndərilməsi planlaşdırılır. İnvestisiya həcmi 10 milyon manatdan çox olan müəssisədə 42 nəfər daimi işlə təmin edilib. Müəssisə fəaliyyətə başlayandan indiyədək daxili bazarda 1600 tondan çox məhsul satıb.
Sonra “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı müəssisəsində olan KİV nümayəndələrinə məlumat verilib ki, ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisənin illik istehsal gücü 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) təşkil edir. Müəssisə fəaliyyətə başlayandan 2 xarici və 5 yerli şirkətlə məhsul satışına dair müqavilə imzalanıb. 

Glassica” QSC tərəfindən ilk dəfə olaraq Rumıniya və Moldovaya 250 min ədəddən çox butulka ixrac edilib. Bu həm də ölkəmizdən Avropaya ilk butulka ixracıdır. 
“Glassica” QSC hazırda Azərbaycanda butulkaya olan təlabatın 30-40%-ni ödəyir. Şirkət tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində yeni eyni tipli müəssisənin inşası planlaşdırılır. Bu müəssisənin istifadəyə verilməsi ilə ölkəmizdə butulkaya olan təlabat tam ödəniləcək. Hazırda müəssisədə 140 nəfər şəxs daimi işlə təmin edilib. Müəssisə fəaliyyətə başlayandan bugünədək 3 milyon ədəddən çox butulka istehsal edilib.
 

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

"Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb

"Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb

XƏBƏR LENTİ
  • 13:32

    Kişi və qadın şahmatçılarımız fərqli rəqiblərlə qarşılaşacaqlar
  • 13:10

    Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
  • 13:00

    “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsis edilib
  • 12:54

    Şənbə gününün hava proqnozu açıqlanıb
  • 12:51

    Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur
  • 12:47

    Türkiyə səfiri Azərbaycanı təbrik edib
  • 12:35

    Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
  • 12:33

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
Menyu