31 Yanvar 2023, 16:23
Bakıda neçə marşrut xətti var?
Hazırda 177 marşrut xətti üzrə xidmət göstərilir, onlardan 40%-i şəhərdaxili, 60%-i şəhərətrafı marşrut xətləridir.
"Operativ Media" xəbər verir ki, 2022-ci ildə Bakı şəhərində, Bakı ətrafı qəsəbə və kəndlərdə 8 yeni müntəzəm marşrut xətti yaradılıb, bu yeni xətlər ilə gündəlik orta hesabla 23 mindən artıq sərnişin daşınır. 2022-ci ilin sonuna olan məlumata əsasən, Bakı şəhərində marşrut xətlərinin 50%-də, avtobusların isə 64%-də nağdsız ödəmə sistemi tətbiq olunub.
Yeni avtobuslarla gündəlik 600 mindən çox sərnişin daşınır.
Dövlət tərəfindən nəqliyyatda sərnişindaşıma sahəsinə dizel yanacağının tarif artımına görə 4,3 milyon manat, pandemiyaya və davamlı fəaliyyətə görə isə 47,6 milyon manat maliyyə yardımı göstərilib.