Menyu

Bağlanmış əmək müqavilələrinin sayı açıqlanıb

Bağlanmış əmək müqavilələrinin sayı açıqlanıb

Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 458.110 vahid artıb və 2025-ci il fevral ayının 1-nə 1.860.025 olub.

Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 430.225 vahid artaraq 970.147 təşkil edib.

Qeyd edilib ki, bağlanmış əmək müqavilələrinin sayında artım iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər