Menyu

Prezident İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Əsəd Abbaslı
Prezident İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.

Operativ Media bildirir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verildi.

Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir.

Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxdılar.

Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.

Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompkesin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il fevralın 13-də yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

***

13:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Teqlər:

"Prezident \u0130lham \u018fliyev \u201cA\u011fdam Residence\u201d ya\u015fay\u0131\u015f kompleksind\u0259 yarad\u0131lan \u015f\u0259raitl\u0259 tan\u0131\u015f olub - YEN\u0130L\u018fN\u0130B"

Fotogalereya

Əlaqəli Xəbərlər