DTX MİDA-nın adından istifadə edənləri ifşa edib
Bakı şəhəri Səbail rayon məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı Şərifov Kənan Urfan oğlu barəsində həbs qətimkan tədbiri seçib.
Operativ Media-nın məlumatına görə, Kənan Şərifov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.
O, digərləri ilə birlikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net