Menyu

Uçuşa qorxu yaradan raketin buraxılmasına görə cərimələr 10 min manatadək qaldırılır

Nərmin Qocamanlı
Uçuşa qorxu yaradan raketin buraxılmasına görə cərimələr 10 min manatadək qaldırılır

Lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər belə işlərin görülməsinə görə cərimələr 100 dəfəyə qədər artırılır.

Operativ Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər işlərin görülməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.

Qüvvədə olan Məcəlləyə əsasən, bu inzibati xəta üçün yüz manat məbləğində cərimə tətbiq edilir.

Teqlər:

"U\u00e7u\u015fa qorxu yaradan raketin burax\u0131lmas\u0131na g\u00f6r\u0259 c\u0259rim\u0259l\u0259r 10 min manatad\u0259k qald\u0131r\u0131l\u0131r"

Əlaqəli Xəbərlər