Menyu

Dəmir yolunu müəyyən edilmiş yerlərdən kənar keçənlər cərimələnəcək

Nərmin Qocamanlı
Dəmir yolunu müəyyən edilmiş yerlərdən kənar keçənlər cərimələnəcək
1 dəq oxu

Piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə yeni cərimə müəyyənləşir.

Operativ Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə qırx manat məbləğində cərimə ediləcək.

Əlaqəli Xəbərlər